Modern.az

Bizə yeni Konstitusiya lazımdır - Paşinyan xalqa müraciət etdi

Bizə yeni Konstitusiya lazımdır - Paşinyan xalqa müraciət etdi

Aktual

5 İyul 2024, 10:44

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Günü münasibətilə xalqa müraciət edib.

Modern.az xəbər verir ki, Paşinyan müraciətində ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

O deyib ki, Ermənistanda da konstitusiya qurucusu kimi bütövlükdə xalq çıxış edir. Baş nazir xatırladıb ki, vətəndaşlar Konstitusiyanın mətnində qurduqları dövlətdə yaşamaq qaydalarını qeyd etməlidirlər.

“Buna uyğun olaraq Konstitusiya vətəndaşların öz ölkələrində yaşamaq qaydaları, hüquq və vəzifələri haqqında kollektiv müqaviləsidir. Suveren sözü, Ermənistan Respublikasının hörmətli vətəndaşları, buradan yaranmışdır. Suveren, müəyyən bir ölkədə yaşamaq qaydalarına qərar verən şəxsdir. Ölkəmizdə xalq suverendir və bu, təkcə de-yure deyil, həm də 2018-ci ilin qeyri-zorakı məxməri inqilabından sonra belədir. Və bu faktla indiki Konstitusiyamız dərin sosial-psixoloji ziddiyyətdədir”, - Paşinyan bildirib.

“Ölkəmizin yeni Konstitusiyaya ehtiyacı var…”, - deyən baş nazirin sözlərinə görə, Ermənistana xalqla üzvi şəkildə bağlı olan Konstitusiya lazımdır.

Bu mövzu indi həm daxildə, həm də xaricdə çox müzakirə olunur. Amma biz öz dövlətimizi, Ermənistan Respublikasını gücləndirmək, onu institusional, psixoloji və fiziki cəhətdən toxunulmaz etmək üçün yolumuza davam etməliyik. Bu çətin, lakin şərəfli yoldur və biz düzgün yoldayıq, lakin bu yolu keçmək üçün diqqətimizi Ermənistan Respublikasının dövlət maraqlarına xidmət edən konkret problemə yönəltməliyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi