Modern.az

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək - FOTO

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək - FOTO

Aktual

5 İyul 2024, 10:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 12-də, saat 10:00-da Daşkəsən rayon prokurorluğunun inzibati binasında Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

 

Modern.az xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Daşkəsən rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək - FOTO

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi