Modern.az

İrəvan sülh sazişini imzalamağa hazırdır - Simonyan

İrəvan sülh sazişini imzalamağa hazırdır - Simonyan

Aktual

5 İyul 2024, 14:54

Sülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfindən heç bir gecikmə yoxdur.

Modern.az xəbər verir ki, bunu iyulun 5-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə İrəvandakı görüşdən sonra Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Biz sazişi imzalamağa hazırıq, deyə bilərik ki, top Azərbaycan tərəfindədir”, - Simonyan deyib.

Demarkasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, spiker bildirib ki, proses davam edir: "Ümid edirik ki, bu sahədə uğur əldə olunacaq".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə demişdi ki, Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh sazişi imzalanmayacaq.

Ermənistanın baş naziri Paşinyan iyulun 5-də Konstitusiya Günü münasibətilə xalqa təbrikində bildirib ki, “Ermənistana yeni Konstitusiya lazımdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər