Modern.az

Ərdoğan Merih Demiralın cəzalandırılmasına qarşı çıxdı

Ərdoğan Merih Demiralın cəzalandırılmasına qarşı çıxdı

Aktual

5 İyul 2024, 16:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanın futbolçusu Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Modern.az xəbər verir ki, Prezident jurnalistlərə açıqlamasında bildirib: "Kimsə almanların formasında qartal var deyirmi? Kimsə də durub fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? Orada Merih həyəcanını bu şəkildə ifadə etdi".

Ərdoğan həmçinin deyib: "İndi bütün nəzərlərimiz şənbə günü Türkiyənin 1/4 finalda Niderlandla oyununa yönəlib. İnşallah, meydandan qalibiyyətlə ayrılaraq növbəti mərhələyə çıxarıq. Fövqəladə bir durum olmasa, matça getmək qərarımızı vermişik".

Xatırladaq ki, UEFA İntizam Komitəsi Türkiyə milllisinin 26 yaşlı yarımmüdafiəçisi Merih Demiralı Avstriya ilə matçda qol sevincini "boz qurd" işarəsi ilə göstərdiyinə görə 2 oyunluq cəzalandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər