Modern.az

Ərdoğan Putinlə Bəşər Əsədi Ankaraya dəvət edir

Ərdoğan Putinlə Bəşər Əsədi Ankaraya dəvət edir

5 İyul 2024, 16:48

Türkiyə lideri qeyd edib ki, terrorçular Ankara ilə Suriya hökuməti arasında əlaqələrin bərpasından narahatdırlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşə razılıq verib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Biz Suriya ilə yeni prosesə başlaya bilərik. Putin və Əsədi dəvət edə bilərik. Əgər Putin Türkiyəyə səfər edərsə, bu, yeni prosesin başlanğıcı ola bilər. Suriyada daimi nizamlanma mexanizmi yaradılmalıdır", - Ərdoğan bildirib.

O deyib ki, infrastrukturu dağıdılan və əhalisi səpələnmiş Suriyanın ayağa qalxması üçün qeyri-sabitliyə son qoyulması vacibdir.

Türkiyə prezidenti vurğulayıb ki, terrorçular Türkiyə ilə Suriya hökuməti arasında əlaqələrin bərpasından narahatdırlar.

Onun sözlərinə görə, Türkiyə əvvəlki kimi yeni əhatəli konstitusiyaya malik birləşmiş Suriyanın müdafiəsini davam etdirir.

“Suriyanın gələcəyini qurmaq, terror qruplarının kökünü kəsmək üçün birgə çalışmaq vacibdir”, - Ərdoğan əlavə edib.

Bundan əvvəl Türkiyə lideri Suriya ilə diplomatik münasibətləri bərpa etməkdən imtina etmək üçün heç bir səbəb görmədiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər