Modern.az

Gəncədə daha bir qanunsuz tikinti SÖKÜLDÜ

Gəncədə daha bir qanunsuz tikinti SÖKÜLDÜ

Aktual

5 İyul 2024, 16:44

Gəncədə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində aparılan monitorinqlər davam edir.

 

İcra Hakimiyyətindən Modern.az-a verilən xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən monitorinq zamanı daha bir qanunsuz tikinti aşkarlanıb.

 

Belə ki, şəhərin F. Həsənov küçəsi ilə Ə.Nəzmi küçəsinin kəsişməsində aparılan tikinti işləri dərhal dayandırılaraq söküntüsü təmin edilib.

 

Qeyd edilib ki, bu kimi tədbirlər şəhər ərazisində mütəmadi olaraq keçiriləcəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər