Modern.az

Tramp Baydenə meydan oxudu: Gəl yeni debata çıxaq!

Tramp Baydenə meydan oxudu: Gəl yeni debata çıxaq!

Aktual

6 İyul 2024, 10:22

ABŞ-ın keçmiş lideri, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı dövlət başçısı, qarşıdan gələn prezident seçkilərində Demokrat partiyasının namizədi Co Baydeni yeni teledebata çağırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp teledebatı moderasiya olmadan, əvvəlcədən razılaşdırılmış qaydalarsız keçirməyi təklif edib.

“Co Baydenin şərhlərinə cavabım var. Gəlin yeni debatlar keçirək, amma bu dəfə heç bir qayda-qanun olmadan. Hərtərəfli müzakirə, yalnız siz və mən ölkəmizin gələcəyini müzakirə etmək üçün səhnəyə çıxacağıq”, - Donald Tramp deyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər