Modern.az

Külli miqdarda aksiz markasız tütün məmulatları aşkarlanıb

Külli miqdarda aksiz markasız tütün məmulatları aşkarlanıb

8 İyul 2024, 13:12

Fərdi yaşayış evindən külli miqdarda aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

 

Məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları tərəfindən Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "Mercedes-Benz" markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən külli miqdarda, ümumi sayı 120000 ədəd Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər