Modern.az

Yarımfinal oyunlarının hakimləri bəlli oldu

Yarımfinal oyunlarının hakimləri bəlli oldu

8 İyul 2024, 17:44

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında yarımfinal mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, İspaniya və Fransa yığmaları arasında keçiriləcək görüş sloveniyalı Slavko Vinçiçə həvalə olunub. Ona həmyerliləri Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.

 

VAR hakimi Neyts Kaytazoviç olacaq.

 

Niderland–İngiltərə qarşılaşmasını isə Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri Stefan Lupp və Marko Açmüller kömək edəcəklər.

 

VAR-da isə Kristian Dingert yer alacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər