Modern.az

Xırdalanda anbardan 10 000 manat dəyərində avadanlıq oğurlandı

Xırdalanda anbardan 10 000 manat dəyərində avadanlıq oğurlandı

9 İyul 2024, 11:28

Xırdalanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Orucov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər