Xocalıda qalıqları tapılan beş şəhiddən biri - Şahmuradov Nemət Musa oğlunun vida mərasimi keçirilir.
Modern.az xəbər verir ki, mərasimdə Nərimanov rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, o cümlədən icra başçısı Elgin Həbibullayev, rayon Polis idarəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərhumun nəşi dəfn olunmaq üçün Bakıdan Xocalıya aparılacaq.