Modern.az

NATO-dan Azərbaycan-Ermənistan danışıqlarına DƏSTƏK

NATO-dan Azərbaycan-Ermənistan danışıqlarına DƏSTƏK

Aktual

11 İyul 2024, 12:52

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Vaşinqtonda keçirilmiş dünənki görüşünə toxunub.

Modern.az xəbər verir ki, Xavyer Kolomina X mikrobloqunda bildirib ki, o, xarici işlər naziri Ceyhun Bayramovla birgə Azərbaycan-NATO ikitərəfli əməkdaşlığı və sülh danışıqlarının inkişafı məsələlərini müzakirə edib.

“NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını və uzunmüddətli sülh sazişinin bağlanmasını qətiyyətlə dəstəkləyir”, - Kolomina qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ