Modern.az

Bu il Azərbaycan iqtisadiyyatı 4,3 faiz ARTIB

Bu il Azərbaycan iqtisadiyyatı 4,3 faiz ARTIB

Aktual

10 İyul 2024, 12:32

2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59 milyard 520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% çox ümumi daxili məhsul istehsal olunub.

 

Bu barədə Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9% artıb.

 

ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı