Modern.az

İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşdı

İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşdı

Aktual

10 İyul 2024, 15:58

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar ərazidən keçən 355 mm diametrli 400 metr uzunluğunda magistral su xətti köçürülüb.

 

Modern.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

 

Məlumata görə, bu səbəbdən magistral kəmərlə suyun nəqli dayandırılsa da su təchizatında fasilə yaranmayıb. İsmayıllı şəhəri anbarlarında toplanmış ehtiyat hesabına əhali içməli su ilə təmin olunub.

 

Magistral kəmərin köçürülməsi işləri artıq yekunlaşıb və İsmayıllı şəhərinin bu kəmər vasitəsilə içməli su təchizatı əvvəlki rejimlə davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu