Modern.az

Rusiyadan Ermənistana növbəti xəbərdarlıq

Rusiyadan Ermənistana növbəti xəbərdarlıq

Aktual

11 İyul 2024, 10:24

Rusiya İrəvanın NATO sammitində iştirakından təəssüflənir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Ria Novosti”yə açıqlamasında deyib.

“Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakı Rusiya tərəfini dərin təəssüf hissi ilə qarşılayır.
Təhlükəsizlik sektorundan danışarkən vurğulamaq istəyirəm ki, Ermənistan KTMT-nin üzvü olaraq qalır və hərbi-texniki sahədə bir çox ikitərəfli sazişlərin iştirakçısıdır”.

Onun sözlərinə görə, İrəvanın narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, təəssüf ki, başqa yol seçiblər.

“Ermənistan NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə əməkdaşlığı genişləndirməyə üstünlük verir, xüsusilə NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı fəaliyyətinin həyata keçirilməsi, bu hərbi-siyasi alyansın Vaşinqtonda keçirilən sammitində iştirak etmək və s. Bütün bunlar həddindən artıq təəssüfdən başqa heç nəyə səbəb ola bilməz”, - Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, İrəvan NATO-ya yaxınlaşmaqla öz təhlükəsizliyinə zərər vurub Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq riskinə aparır.

“Düşünürəm ki, Ermənistanın bilikli mütəxəssisləri və siyasətçiləri belə ehtiyatsız addımların mümkün qiymətini başa düşürlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı