Modern.az

Zavodda 53 nəfərin zəhərlənməsinə görə cinayət işi açıldı

Zavodda 53 nəfərin zəhərlənməsinə görə cinayət işi açıldı

Aktual

11 İyul 2024, 10:52

Sumqayıda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb.

 

Bu barədə Modern.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.

 

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

 

Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?