Modern.az

Ötən gün 2 tüfəng və 1 tapança təhvil götürülüb

Ötən gün 2 tüfəng və 1 tapança təhvil götürülüb

Aktual

11 İyul 2024, 12:00

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 10-da polis əməkdaşları paytaxtda və respublikanın rayonlarında 2 tüfəng təhvil götürüblər.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

 

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu