Modern.az

Nəsimidə narkotik satan kuryer saxlanıldı - VİDEO

Nəsimidə narkotik satan kuryer saxlanıldı - VİDEO

11 İyul 2024, 13:16

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Fətəliyev saxlanılıb. O, ifadəsində üzərindən aşkar edilən narkotikləri Nihad adlı tanışından aldığını bildirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az verilən məlumata görə, tədbirlərin davamı olaraq həmin şəxs - 1995-ci il təvəllüdlü Nihad Eminli də saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən satış məqsədilə əldə etdiyi 1 kiloqrama yaxın marixuana, çətənə kolları və 272 ədəd psixotrop tərkibli satışı qadağan olunan preqabalin həbi ələ keçirilib. N.Eminli psixotrop tərkibli həbləri sosial şəbəkələrdə əsasən gənclər arasında satmağı planlaşdırıb və özünü kuryer şirkətlərindən birinin əməkdaşı kimi təqdim edərək idarə etdiyi motosikletlə narkotiklərin daşınmasını təşkil edib.

 

Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı