Modern.az

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

11 İyul 2024, 15:24

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 13-14 iyul tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

 

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada ümumilikdə 20-yə qədər regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir.

 

Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, burada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı