Modern.az

Bu sürücülərin qiymətləndirilməsinin haqqı 60 manat oldu

Bu sürücülərin qiymətləndirilməsinin haqqı 60 manat oldu

11 İyul 2024, 16:36

Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq keçməsinin qaydaları təsdiq edilib.

Modern.az xəbər verir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.8-ci yarımbəndinin icrası ilə bağlı qəbul edilib.

Qərarla avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası təsdiq edilib.

Qərarla Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmənin aparılmasına görə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən ödənilən haqqın məbləği 60 manat təsdiq edilib.

Bu Qərar “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram”ı bitirmək haqqında etibarlılıq müddəti başa çatmamış şəhadətnamələrə malik olan şəxslərə şamil edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı