Modern.az

Şəkidə maşın aşıb, yaralanan var

Şəkidə maşın aşıb, yaralanan var

Aktual

11 İyul 2024, 16:12

Oğuzdan Şəki istiqamətində hərəkət edən minik avtomobili idarəetmədən çıxaraq aşıb.

 

Modern.az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində, sərt döngədə baş verən qəzanın təfərrüatları bilinib.

 

İlkin məlumatlara görə, Bakı şəhər sakini, 25 yaşlı Teymur Əliyevin idarə etdiyi “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq aşıb. Bu zaman avtomobildə olan sərnişin, Bakı şəhər sakini 40 yaşlı Günay Baxşəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı sərnişinin müalicəsi xəstəxanada davam etdirilir.

 

Sürücünün vəziyyəti qənaətbəxş olduğundan ona ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

 

Baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı