Modern.az

Deputatdan valideynlərə çağırış: “Aşurada uşaqları məscidlərə aparmayın!”

Deputatdan valideynlərə çağırış: “Aşurada uşaqları məscidlərə aparmayın!”

Aktual

11 İyul 2024, 17:48

Aşura günü yaxınlaşdıqca insanların məscidlərə kütləvi axını güclənir. Təbii ki, məscidə getmək hər kəsin şəxsi işi, inancıdır. Ancaq azyaşlı uşaqları Aşura vaxtı məscidlərə aparmaq doğru hal deyil. Nəzərə alsaq ki, bəzi xurafatçılar Aşura vaxtı dini adət-ənənələrə zidd hərəkətlər edir, özlərinə zəncir vurur, baş yarıb qan çıxarırlar, onda əminliklə deyə bilərik ki, belə səhnələr birmənalı olaraq uşaqlarda qorxu, həyəcan yaradır. 


İNSANLARIN AŞURA BARƏDƏ DÜZGÜN BİLGİLƏRİ YOXDU 


VI çağırış Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında vətəndaşları Aşura günü övladlarını məscidə aparmamağa çağırıb:

“Hər il Azərbaycandakı bütün məscidlərdə izdihamların yaşandığını görürük. İnsanlar öz inanclarından irəli gələrək, məscidlərə davamlı axın edirlər. Burada bir neçə önəmli və vacib məqam var: birincisi, valideynlər çalışmalıdırlar ki, həmin gün övladlarını məscidə aparmasınlar. Söhbət xüsusən azyaşlılardan gedir.
Digər mühüm məsələ isə Aşuranın əsas mahiyyəti barədə insanlara məlumat verilməsidir. Təəssüf ki, buna hələ də nail ola bilməmişik. İnsanlar bu barədə düzgün məlumata malik deyillər. Buna görə də belə hallar yaşanır. Odur ki, maarifləndirmə və təbliğat işləri geniş formada aparılmalıdır. Məscidlərdə də bu proseslərə nəzarət mexanizmi olmalıdır. Bu, müəyyən xoşagəlməz hal və problemlərin tez-tez baş verməməsi baxımıdan önəmlidir. Məscidlərin daxilində nəzarət mexanizmi qurmalıyıq ki, azyaşlı uşaqlar ora getməsinlər”.
 


PSİXOLOJİ TƏSİRİ ARADAN QALDRIMAQ ÜÇÜN ADDIMLAR ATILMALIDIR


C.Məmmədov vurğulayıb ki, Aşura zamanı uşaqların məscidlərdəki izdihama aparılması onların şüuruna mənfi təsir göstərir:


“Uşaqların izdihamın altında qalma təhlükəsi var. Həmin gün həyata keçirilən ayinlər uşaqların şüuruna çox ciddi formada mənfi təsir göstərir. Bu psixoloji təsiri qaldırmaq üçün addımlar atmalıyıq. Eyni zamanda, biz Aşuradan lazım olan dərsləri çıxarmalıyıq. Hələ də Aşura ilə bağlı xurafat, mövhumat hallarının yaşanmasına şahidlik edirik. Bu istiqamətdə davamlı olaraq bütün addımların atılmasına baxmayaraq, insanlarımızın Aşuranı düzgün anlamadığını görürük. Televiziya və yazılı mətbuatda davamlıtəbliğatı aparmalı, insanlara məlumat verməliyik ki, zərərli addımlardan çəkilsinlər. 
Məhərrəmlik, Aşura qəhrəmanlıq məktəbi, haqsızlığa qarşı mübarizədir. Təbliğat da bu yöndə olmalıdır ki, biz düzgün hədəf və məqsədlərə nail ola bilək. Ümumilikdə yenə də o məsələnin üzərindı dururam ki, insanları Məhərrəm ayının əsl mahiyyəti ilə əlaqədar maarifləndirməliyik ki, onu düzgün anlasınlar. Yanlış formada bu prosesdə iştirak etməsinlər”.


VALİDEYNLƏR ÖZLƏRİNİN DİNDAR OLDUQLARINI GÖSTƏRMƏK İSTƏYİRLƏR


İlahiyyatçı Elşad Miri deyib ki, uşaqların məscidlərə aparılmasına dair heç bir rəsmi qadağa yoxdur. Amma valideynlər də məsələyə həssaslıqla yanaşmalıdırlar:

"Uşaqların hara aparılması valideynlərin ixtiyarında olan məsələdir. Sadəcə olaraq Məhərrəmlikdə Aşura mərasimi keçirilən, insanların əzadarlıq etdiyi yerə uşaqları aparmaqda məqsədləri nədir? Uşaq orada nə öyrənəcək? Belə çıxır ki, valideynlər istəyirlər ki, öz getdikləri yolu övladları da davam etdirsin. Bu da özünü dindar kimi göstərən valideynlərinin övladlarının da dindar olmalarına çalışmaları anlayışının təzahürüdür.
Belə yerlərə getməyin uşaqlara psixoloji təsiri olur. Uşaqlar faktiki olaraq dini özləri seçmir. Valideynlərin təhriki, yönləndirməsi ilə dindar olur. Bununla da, valideynlər başqalarına göstərirlər ki, biz dindarıq. Vəssalam!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı