Modern.az

DSK-larda namizədlərin sənədlərinin yoxlanması üçün İşçi qrupları yaradılıb

DSK-larda namizədlərin sənədlərinin yoxlanması üçün İşçi qrupları yaradılıb

Aktual

12 İyul 2024, 10:24

"Seçki prosesi zamanı tərəflərin öz hüquq və vəzifələri barədə məlumatlı olması üçün maarifləndirmə tədbirləri keçirilir. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına (DSK) təqdim edilməsinə başlanılacaq”.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

”DSK-ların hər birində namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu var. Hər zaman MSK seçki iştirakçılarının maarifləndirilməsi üçün vəsaitlər hazırlayır. Namizədlər üçün də biz "yaddaş kitabçası" hazırlamışıq. Azərbaycan Respublikası vətəndaşların passiv seçki hüququnun təmin edilməsi üçün geniş imkanlara malik olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri