Modern.az

Biz soyuqqanlı millət deyilik, prosesə emosianal yanaşırıq - MSK rəsmisi

Biz soyuqqanlı millət deyilik, prosesə emosianal yanaşırıq - MSK rəsmisi

Aktual

12 İyul 2024, 11:10

“Namizədlərin seçki prosesində özünü sınamasına tam şərait yaradılır”.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminarda deyib. 

“Ötən seçkidə 1000-dən çox namizəd özünü sınamışdı. Azərbaycanda passiv seçki hüququ olan vətəndaşlarımız hər zaman bu prosesdə geniş ambisiya yaradırlar. Bunu onlara verən dövlətdir. Onlar görürlər ki, dünyada söz sahibi olan ölkənin vətəndaşlarıdırlar. Bütün bunlar bizim insanımızı kifayət qədər ruhlandırır. Biz soyuqqanlı millət deyilik, proseslərə emosianal yanaşırıq. Amma DSK-lar qanunun tələblərini əsas götürməlidir. DSK-lar aradan qaldırılması mümkün olam bütün xətaların aradan qaldırılması üçün qanunun ruhunu əsas götürməklə bütün namizədlərə şərait yaratmalıdır. Bu o qədər də asan olmur. Çünki bu proses emosiyaların tüğyan etdiyi prosesdir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri