Modern.az

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti növbədənkənar konfrans keçirəcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti növbədənkənar konfrans keçirəcək

Aktual

12 İyul 2024, 12:58

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin 3 iyul 2024-cü il tarixli iclasında qurumun mövcud fəaliyyəti, görülən işlər, problemlər, nöqsanlar və müzakirəsi vacib olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən Modern.az-a bildirilib ki, AQC-nin İdarə Heyətinin 9 üzvündən 7-sinin (5-i təsisçi olmaqla) qərarı ilə növbədənkənar konfransın keçirilməsi zəruri hesab edilib.

Daha sonra konfransın keçirilməsi ilə bağlı 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Konfransın 19 iyul 2024-cü tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. 

Hazırda Təşkilat Komitəsi tədbirin təşkili ilə bağlı müvafiq hazırlıq işlərini həyata keçirir.    

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri