Modern.az

Mətbuat prospekti BAĞLANIR

Mətbuat prospekti BAĞLANIR

Aktual

12 İyul 2024, 12:22

Sabah saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər