Modern.az

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Aktual

12 İyul 2024, 14:42

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin deputatlığa namizədliyini irəli sürdüyü barədə məlumat vermişdik.

33 saylı Xətai birinci seçki dairəsində mübarizəyə başlayan Natiq Cəfərli artıq imzatoplama kampaniyasına da başlayıb və hətta 150 imza toplayıb.

Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib.

N.Cəfərli seçicilərə müraciət edərək, onları aktiv olmağa səsləyib:

"33 saylı Xətai birinci seçki dairəsi, əsasən, Babək Prospektini, M.Hadi, S.Ə.Şirvani, Lütfi Zadə, M.Rüstəmov, Sarayev, Neapol, Qaçaq Nəbi, S.Mirhəsənağa, T.Hacibəyov, R.Quliyev, E.Süleymanov, 1-ci, 2-ci, 3-cü, 5-ci, 9-cu Əhmədli küçələrini əhatə edir...
Bu ünvanlarda yaşayanlardan, yaşayanları tanıyanlardan rica edirəm ki, seçkidə aktiv olsunlar".

N.Cəfərlinin sözlərinə görə, 33 saylı Xətai birinci seçki dairəsində hər 5 nəfərdən 3-ü seçkinin elan edildiyini bilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri