Modern.az

Delimitasiya ilə bağlı proses dondurulmayıb - Erməni vitse-spiker

Delimitasiya ilə bağlı proses dondurulmayıb - Erməni vitse-spiker

Aktual

12 İyul 2024, 15:10

"Məndə olan məlumata görə, sərhədlərin delimitasiyası ilə bağlı proses dondurulmayıb, iş həmişəki kimi davam edir".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin vitse-spikeri Akob Arşakyan bildirib.

O deyib ki, sərhədlərin delimitasiyası üzrə komissiya özünün seçdiyi rejimdə işləyir və kimin sualı olarsa, baş nazirin müavini Mher Qriqoryanın ofisi ilə əlaqə saxlayıb cavab ala bilər.

Arşakyan Ermənistan-Türkiyə danışıqlarına və sərhədlərin açılması məsələsinə də toxunub:

“Biz deyirik ki, heç bir ilkin şərt olmamalıdır və ümid edirəm ki, Türkiyə ilə sərhədimizi açıq saxlaya biləcəyimiz məsələ ilə bağlı bu razılaşmaya hörmətlə yanaşılacaq”.

O qeyd edib ki, sərhədlərin açılması hər iki ölkənin və xalqın mənafeyinə uyğundur. Arşakyan bunun ən qısa zamanda baş tutacağına ümid edir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər