Modern.az

Goranboyda icra başçısı yanında Şuranın növbəti iclası keçirilib - FOTO

Goranboyda icra başçısı yanında Şuranın növbəti iclası keçirilib - FOTO

Aktual

12 İyul 2024, 14:58

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə rayonun digər rəhbər şəxslərinin, xidmət sahələri rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və yerli bələdiyyələrin iştirakı ilə İcra Hakimiyyəti Başçısı yanında Şuranın  növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, şura iclasında, “Goranboy rayonunun  2024-cü ilin 1-ci yarımili ərzində sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlərlə bağlı”, “Rayonda humanitar sahədə aparılan işlərin təhlili barədə”,“Rayonda qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə”, “Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə və şikayətlər barədə” və “Goranboy rayonu ərazisində əsas turizm marşurutları üzrə yolkənarı obyektlərin abadlaşdırılması işləri barədə”  məsələlər  geniş müzakirə edilib.

İcra başçısı  müzakirə edilən məsələlərlə bağlı, aidiyyəti məsul şəxslərə öz tapşırıq və tövsiyyələrini bildirdi.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər