Modern.az

“Bir Yurdun Manifesti gəncliyin gözü ilə”

“Bir Yurdun Manifesti gəncliyin gözü ilə”

Aktual

12 İyul 2024, 16:50

Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır” müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Aytac Adıgözəlova “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı layihəsinin icrasına başlayıb.

Modern.az xəbər verir ki,  layihənin koordinatoru Aytac Adıgözəlovanın verdiyi məlumata görə layihənin əsas məqsədi Qədim Yurd yerimiz Qərbi Azərbaycanda olan tarixi abidələri, dağıdılmış mədəni irs nümunələrini, deportasiya hadisələrinin əyani təsvirini yaratmaqla Azərbaycan tarixini, qədim yurd yerlərimizi, mədəni-tarixi və irs abidələrimizi gənclər arasında təbliğ etmək, onların məhv edilməsinin, saxtalaşdırılması prosesinin qarşısının alınmasında iştirak etmək, bu barədə gənc tələbə rəssamların rəsm əsərlərindən ibarət sərgi təşkil etmək, həmin  məlumatları xarici dildə tərcümə edərək nəşr materialları ilə (buklet) habelə media və sosial platformalar vasitəsilə dünya ictimaiyyətinə, əcnəbi tələbələrə, diplomatik nümayəndəliklərə çatdırmaqdır.

 

Bu məqsədlə artıq layihənin icrasına başlanılıb və təşkilati işlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu