Modern.az

Şəhid ailəsinin evinə basqın

Şəhid ailəsinin evinə basqın

13 İyul 2024, 12:15

Salyanın Sarvan kəndində şəhid Cavad İsmayılovun ailəsinin evindən oğurluq etmək istəyiblər.

 

Modern.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.  Şəhid ailəsinin evini talamaq istəyən şəxs planlaşdırdığı cinayəti başa çatdıra bilməyib. 

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan saytımıza bildirilib ki, sözügedən evə qanunsuz olaraq daxil olmağa cəhd edilib. 

 

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

 

Qeyd edək ki, 20 yaşlı İsmayılov Cavad Asif oğlu 2020-ci ilin dekabrında idarə etdiyi “KamAz” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub.

 

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər