Modern.az

Sabah Bakının iki rayonunda qaz KƏSİLƏCƏK

Sabah Bakının iki rayonunda qaz KƏSİLƏCƏK

Aktual

13 İyul 2024, 14:00

Paytaxtın Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində Cavanşir körpüsünün söküntü sahəsində qaz xəttində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar 14.07.2024-cü il tarixdə saat 13:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Nəsimi rayonunun Üzeyir Hacıbəyov küçəsinin və Xətai rayonunun Həsən Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər