Modern.az

"Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər" - Sabiq səfir

"Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər" - Sabiq səfir

Aktual

15 İyul 2024, 16:26

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb. Səfirlik ötən ilin əvvəli bağlanıb. 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli bildirib ki, səfriliyin uzun müddət bağlı qalması Azərbaycanın ziyanına idi:

 

"İranın Azərbaycanın İrandakı səfriliyimizin uzun müddət bağlı qalması bizim ziyanımıza idi. Bəli, səfirliyin fəaliyyətinin dayandırılması bir diplomatik demarş idi. Lakin hər baxımdan bu bizim ziyanımızaydı. Çünki diplomatik nümayəndəliyin olması ölkənin ehtiyacıdır. Səfirliyimiz bağlananda da deyirdim, indi də deyirəm ki, bizim orada səfirliyimiz olmalıdır. Amma o vaxtda dediyim kimi, uyğun təhlükəsizlik sistemi qurulmalıdır. Əvvəlki kimi əlini-qolunu sallaya-sallaya səfirliyə giriş olmamalıdır. Bütün ölkələrdəki səfriliklərimizdə təhlükəsizlik sistemi yüksək səviyyədə qurulmalıdır".

Sabiq səfir vurğulayıb ki, İranda yeni prezidentin seçilməsi ilə səfirliyimizin fəaliyyətə başlamasının üst-üstə düşməsi xoş bir hadisədir:

 

"Məsələyə bu nöqteyi-nəzərdən baxmaq olar. Bütün hallarda bizim İranda böyük maraqlarımız var. Bu maraqları qorumaq üçün də səfirliyə, diplomatik nümayəndəliklərə ehtiyacımız var. Quru sərhədlərinin açılmasına da ehtiyac var. Çünki iki Azərbaycan arasındakı əlaqələrin daha da genişlənməsinə quru sərədlərinin bağlı qalması mane olur. Bundan sonrakı əlaqələrimizin necə olacağını indidən demək elə də asan deyil. Əlaqələrin necə olacağı beynəlxalq və regional faktorlardan asılı olacaq. Pezeşkianın seçilməsi münasibətlərin istiləşməsinə təsir edə bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri