Modern.az

Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth etdi

Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth etdi

Aktual

15 İyul 2024, 13:48

Azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsini – Nanqa Parbatı (8125 metr) fəth edib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, idmançı Nanqa Parbata əlavə oksigendən istifadə etmədən qalxıb.

 

Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.

 

Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər