Modern.az

Avtoxuliqanlıq edən iki gənc həbs olundu - VİDEO

Avtoxuliqanlıq edən iki gənc həbs olundu - VİDEO

Aktual

16 İyul 2024, 09:18

Saatlıda avtoxuliqanlıq edən iki gənc inzibati qaydada həbs edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə,  Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı avtomobillərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən rayon sakinləri Emil İsmayılov və Müslüm Ağayev saxlanılıblar.

 

Hər iki sürücü barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, E.İsmayılov və M.Ağayev 15 sutka inzibati qaydada həbs edilib.

 

 

Avtoxuliqanlıq edən iki gənc həbs olundu - VİDEO

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu