Modern.az

Bu il STM-in doğum şöbələrində 1 374 körpə dünyaya gəlib

Bu il STM-in doğum şöbələrində 1 374 körpə dünyaya gəlib

17 İyul 2024, 09:16

Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin ilk 6 ayının statistik göstəricilərini açıqlayıb. 

 

Modern.az xəbər verir ki, STM-nin tabeli müəssisələrində bu ilin ilk 6 ayı ərzində 2 597 678 xidmət göstərilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % çoxdur. 

 

Sözügedən müddət ərzində ümumilikdə 12 121 əməliyyat icra edilib. Bu isə günlük orta hesabla 77 əməliyyat deməkdir.

 

Radioloji xidmətlərə (MRT, KT, USM, rentgen) gəldikdə yanvar-iyun aylarında 158 849 sayda xidmət həyata keçirilib.

 

STM-nin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzin Neonatal reanimasiya və intensiv terapiya bölməsində 748 yenidoğulmuşa xidmət göstərilib, onlardan 187-si regionlardan təxliyə olunub.

 

Doğum şöbələrində isə eyni dövr ərzində 1 374 körpə dünyaya gəlib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər