Modern.az

Rəşad Mahmudov da YAP-dan namizəd olacaq

Rəşad Mahmudov da YAP-dan namizəd olacaq

Aktual

17 İyul 2024, 11:30

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

 

İclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.

 

Modern.az-ın məlumatına görə, YAP-ın namizədlər siyahısında ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov da var.

 

"Mənə də etimad göstərilməsi böyük hadisədir. Müxtəlif kateqoriyadan insanlar var. Yeni gənc namizədləri görürük. YAP-da ciddi yer tutmuş veteranların da namizdliyi verilib", - o, saytımıza açıqlamasında bildirib.

 

Qeyd edək ki, 2020-ci ildə keçirilən parlament seçkilərində Rəşad Mahmudov 77 saylı Astara seçki dairəsindən deputat seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri