Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının müdiri Fuad Lətifov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Fizika-riyaziyyat elmləri doktorunun uzunsürən xəstəlikdən öldüyü bildirilir.
Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirən professor 10 dərslik və dərs vəsaitinin, 2 monoqrafiya və 150-ə yaxın elmi məqalələrin müəllifidir.