Modern.az

Sülh prosesi London görüşündə gündəmin əsas mövzusu olacaq - Britaniyalı politoloq

Sülh prosesi London görüşündə gündəmin əsas mövzusu olacaq - Britaniyalı politoloq

Aktual

18 İyul 2024, 17:35

London yaxınlığındakı Oksfordşirdə keçirilən “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edir.

 

2022-ci ildə yaradılan Birliyə həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib.

 

Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri dəvət olunub. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.

 

Sammit Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin 1874-cü ildə anadan olduğu Blenhaym qəsrində baş tutur. Qeyd edək ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edir.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, tərəflər arası görüşdən Ermənistan tərəfi imtina edib.

 

Britaniyalı politoloq Neil Uatson Modern.az-a açıqlamasında digər dövlət başçılarının dəstəyi ilə qeyri-rəsmi görüşün ola biləcəyini vurğulayıb.

 

“İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasına kömək edən Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin doğulduğu Blenheym sarayında Avropa Siyasi Birliyinin toplantısı son dərəcə əhəmiyyətlidir. Toplantıda Rusiya təhlükəsi gündəmdə olacaq və Ukrayna nümayəndə heyəti iştirak edəcək.

 

Sovet İttifaqının dağılmasından qaynaqlanan "dondurulmuş" münaqişələr, Rusiyanın keçmiş respublikalarında müəyyən varlığını saxlamağa çalışması məsələsi əsas müzakirə olunacaq.

 

Hesab edirəm ki, Ermənistan-Azərbaycan arasında sülh prosesi gündəmin əsas mövzusu olacaq və görüşdə iştirak edən 47 dövlət başçısının hamısının dəstəyi ilə prezident İlham Əliyevlə Baş nazir Paşinyanın nisbətən qeyri-rəsmi formatda görüşməsi üçün çoxlu imkanlar olacaq”,-deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri