Modern.az

Bölgələrdə fermerlərə səyyar xidmət göstərilir - FOTOLAR                            

Bölgələrdə fermerlərə səyyar xidmət göstərilir - FOTOLAR                            

Aktual

18 İyul 2024, 14:24

Aqrar Xidmətlər Agentliyi tərəfindən Saatlı rayonunun Qara Nuru kəndində fermerlərə səyyar xidmət göstərilir. Səyyar xidmət qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov iştirakçılara agentlik tərəfindən göstərilən xidmətlər barədə məlumat verərək bildirib ki, səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd göstərilən xidmətləri biləvasitə yerlərdə təqdim etmək, fermerlərin qarşılaşdıqları problemlərin həllində operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, ümumilikdə fermerlərin rahatlığının  təmin olunmasına nail olmaqdır. Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərə xidmətlərin yüksək səviyyədə göstərilməsi məqsədilə xidmət qrupu mikroavtobusla və tələb olunan lazımi vasitələrlə təmin olunub.

 

Səyyar xidmət qrupuna müraciət edən fermerlərin heyvanları qısa müddət ərzində baytarlıq müayinəsindən keçirilərək, profilaktiki tədbirlər aparılır, əkin sahələrində fitosanitar müşahidələr aparılaraq, bitki mühafizəsi tədbirləri həyata keçirilir, eləcə də əkin sahələrindən torpaq nümunələri götürülərək laboratoriya xidmətləri göstərilir.  Həmçinin texnika sahiblərinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqələri dəyişdirilir, texnikalar ilkin və ya təkrar dövlət qeydiyyatına alınır və texniki baxışdan keçirilib.

 

Tədbir çərçivəsində fermerlərə İnformasiya məsləhət xidmətləri göstərilir və müxtəlif mövzuda  bukletlər paylanılır. Səyyar xidmət qurupuna 60 nəfərdən artıq fermer müraciət edərək göstərilən xidmətlərdən bəhrələnib. Tədbir 2024-cü il 20 iyul ayınadək davam edəcək.        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu