Modern.az

YAP-ın siyahısında bütün sahələri təmsil edən namizədlər var - Deputat

YAP-ın siyahısında bütün sahələri təmsil edən namizədlər var - Deputat

19 İyul 2024, 15:56

Mənə göstərdiyi etimada görə partiyamızın sədri cənab İlham Əliyevə minnətdaram.

 

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının namizədləri siyahısına adı salınan VI çağırış Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

"Siyahıda mənim də adımın olması, növbəti dəfə etimadın göstərilməsi təbii ki, məni çox sevindirdi. Bu, eyni zamanda mənim məsuliyyətimi daha da artırdı. Mən partiyanın sədri cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu etimadı doğruldacağıma söz verirəm. İnanıram ki, bu günə qədər məni dəstəkləyən, həmişə Yeni Azərbaycan Partiyasının yanında olan, seçkilərdə qələbə qazanmağımız üçün çalışan Gəncə sakinləri bizi bu dəfə də tək qoymayacaqlar. Yeni dislokasiya əsasında formalaşdırılan 38 saylı Gəncə Birinci seçki dairəsində səsvermə hüququ olan seçicilərimizi seçkilərdə aktiv iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət edirəm".

 

N.Həmzəyev Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bir neçə gün əvvəl qəbul etdiyi namizədlərin siyahısı ilə bağlı bunları deyib:

 

"Siyahı ilə tanış olduqda belə bir qənaətə gəlmək olar ki, siyahıda təcrübəli siyasətçilər, ağsaqqallar, gənclər, xanımlar və bütün müxtəlif sahələri təmsil edən namizədlər var. Belə bir qənaətə gəlmək olar ki, növbədənkənar parlament seçkilərində YAP növbəti qələbəsini qazanacaq. Yeni dövrün parlamentini formalaşdıracaq bu seçkilər Azərbaycanımız, dövlətimiz üçün xeyirli olsun".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri