Modern.az

Azərbaycan COP29-la bağlı öhdəlik götürüb

Azərbaycan COP29-la bağlı öhdəlik götürüb

Aktual

19 İyul 2024, 17:53

Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29-un örnək olması üçün öhdəlik götürmüşük.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, COP29-da ticarət, enerji, rəqəmsallaşma təhsil, sağlamlıq, turizm, nəqliyyat, gender bərabərliyi və.s sahələri əhatə ediləcək, ən yaxşı təcrübələr bölüşüləcək:

 

"Biz bütün tərəfləri bir araya gətirməyə çalışırıq. "Heç kimi geridə qoyma" əsas prinsipimizdir. COP29-da iqlimlə bağlı əziyyət çəkən bütün icmaları diqqətdə saxlayacağıq. Dayanıqlı inkişaf və inklüziv nəticələr əldə etmək üçün səylərimizi əsirgəməyəcəyik".

 

M.Babayev qeyd edib ki, artıq COP29 sədrliyi tərəfdaşlarına ilk məktubu göndərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu