Modern.az

Narkotik dövriyyəsi ilə məşğul olanlar tutuldu

Narkotik dövriyyəsi ilə məşğul olanlar tutuldu

20 İyul 2024, 08:22

Şirvan şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Qəmbər Mirqani və Asif Ələkbərov şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu