Modern.az

Sabah Bakıya yağış yağacağı gözlənilir 

Sabah Bakıya yağış yağacağı gözlənilir 

Aktual

20 İyul 2024, 13:49

Azərbaycanda iyulun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntı kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-34° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

 

İyulun 21-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28° isti olacaq.

 

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 18-23° isti olacağı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu