Modern.az

Blogerləri jurnalist saymıram - Mixail Qusman

Blogerləri jurnalist saymıram - Mixail Qusman

Aktual

21 İyul 2024, 13:58

İnformasiya müharibələri silahlı müharibələrdən fərqli olaraq heç vaxt dayanmır və daha geniş yayılır.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada II Qlobal Media Forumu çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın Əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda paneldə deyib.

 

Mixail Qusman bildirib ki, peşəkar informasiya blogerlərin məlumatlarından fərqlənir:

 

“Biz peşəkar jurnalistlər olaraq dezinformasiyanın anlayışını bilməliyik. Dezinformasiyalar siyasi olmaqla yanaşı, kommersiya məqsədilə də istifadə olunur. Bu üsuldan həm ayrı-ayrı siyasi qüvvələrə, həm də dövlətlərə qarşı istifadə olunur. Bu amilin günümüzdə daha geniş yayılması həmçinin texnologiyanın inkişafı ilə də əlaqədardır. Burada cəmiyyətin bütün bu amillərə hazır olmaması da mühüm rol oynayır. Peşəkar informasiya hər zaman blogerlərin sosial şəbəkələrdə yaydığı məlumatlardan fərqlənir. Mən blogerləri jurnalist saymıram. Çünki istənilən peşə sahibi ilk növbədə təhsil almalı və bu peşənin məsuliyyətini dərk etməlidir. Mənim təmsil etdiyim agentliyin yaranmasının bu yaxınlarda 120 iliyi tamam olacaq. Onu bu müddətdə ayaqda saxlayan məhz peşəkar yanaşmadır. Çünki TASS-da qeyri-dəqiq məlumatın yayılması mümkün deyil".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu