Modern.az

Amerikanın iç üzünə, Türkiyə-Rusiya münasibətləri kontekstində baxmaq lazımdır

Amerikanın iç üzünə, Türkiyə-Rusiya münasibətləri kontekstində baxmaq lazımdır

Aktual

21 İyul 2024, 18:10

Amerika hərbiçilərinin ötən ilin sentyabrında “Eagle Partner” təliminin ardıcıl bu ay ikinci dəfə keçirməsi şübhəsiz ki, birbaşa ABŞ-nin layihəsidir. Burada Ermənistanın üzərinə düşən “missiya” isə hərbi potensialını artırmaq, daha sonra isə NATO-nun birinci gücü olan ABŞ-ilə siyasi birliyininin mövcudluğunun davamlı olacağına bir  işarə göstəricisidir. Eyni zamanda düşündürücü faktorlardan biri və vacibi Vaşinqtonun bölgədəki fiziki varlığını Türkiyə və Rusiya göstərməkdədir.

Modern.az xəbər verir ki, bu fikirlər Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli “Eagle Partner” təlimlərinə münasibət bildirərkən söyləyib.

O, qeyd edib ki, sözügedən təlimlər Ermənistana təbii ki, heç nə verməyəcək. Bu proses sadəcə Rusiya və Türkiyəyə qarşı hesablanmış bir gedişdir.

1992-ci ildən üzü bəri Amerikanın Azərbaycana qarşı ikili münasibəti, həmçinin 30 illik erməni təcavüzünə qarşı sərgilədiyi qeyri-müəyyən münasibəti də bizə yaxşı bəllidir.

Amerikanın bölgədə Türkiyənin gücünü həzm edə bilməməsi, həmçinin NATO-nun ikinci gücünün Rusiya ilə münasibətlərinin bu qədər yaxınlaşması onu Ermənistanla hərbi təlimlər keçirməsi qədər kiçildib.

Bir az tarixə nəzər salsaq görərik ki, son 30 ildə Türkiyənin erməni təcavüzünə qarşı siyasi iradə ortaya qoymaqda gec qalmasının arxasında da məhz Amerikanın göstərişləri dayanırdı. Çünki, Rəcəb Tayyib Ərdoğana qədər ki, Türkiyənin başında olanlar Amerika asılılığını gizlədə bilmirdilər, daha doğrusu onların birbaşa göstərişlərini yerinə yetirməsi ilə mükəlləf olublar.

Türkiyə dövlətinin lideri Ərdoğan iqtidarı ölkəmiz üçün, həmçinin Türk dünyası üçün tamam fərqli və olması gərəkən siyasi xətti üstün tutaraq həm Türkiyənin nüfuzunu, həm də Türk dünyasının nüfuzunu özünə qaytardı. Bunun kontekstində Türkiyə və Azərbaycanın dünyaya  son qardaşlıq nümunələri, "İki dövlət tək millət" mesajları, Türk Dövlətlər Birliyinin yardılmasından üzü bəri bir çox mühüm iqtisadi və siyasi sarsılmaz birliklər, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü şübhəsiz ki, kimlərisə narahat etməyə bilməzdi....

Bu bir həqiqətdir ki, Amerika kimi dövlətlər bölgədə türk varlığına, türk kimliyinə narahatlığını hələ ki, Ermənistanla “təlim”lərdə görür. Burada, əsasən Rusiyanın narahatçılığı da əsas götürülməlidir və Rusiya Ermənistanın bu gedişlərini heç də arxa plana salmayıb. Rusiya hökumətinin son bəyanatı az-çox erməni ictimaiyyətində müzakirə edilir.

Ermənistan təbii ki, NATO ilə əməkdaşlığına, ABŞ ilə hərbi əlaqələrinə müxtəlif kontekstlərdən siyasi don geyindirməyə çalışacaq və Azərbaycanın NATO-nun ikinci gücü olan Türkiyə ilə əməkdaşlığnı nümunə göstərəcək.

Lakin Rusiya amili və Ermənistana qarşı atılacaq addımlar və bu addımlar  arasında sadəcə iqtisadi, enerji sahəsində ciddi sanksiyalar kifayət edir ki, erməni cəmiyyətində xaos yaratsın. Digər tərəfdən İranın -Amerika münasibətləri, bölgəyə, İranın sərhədlərinə Amerika hərbiçilərinin gəlməsi tamam başqa bir mövzudur.

Şübhəsiz ki, yenə standart bəyanatlar verən Birləşmiş Ştatlar bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini “dəstəklədiyini” bəyan etsədə, digər tərəfdən də İrəvanla hərbi təlimlər adı altında Türkiyəyə qarşı yeni cəbhə və təsir mexanizimi yaratmağa can atır. Bu isə bölgədə bəzi suallar yaradır. Erməni işğalı zamanı ATƏT kimi boş təşkilatların əhəmiyyətsiz fəaliyyətinə şərait yaradan Fransa və Amerikanın görünür yarımçıqları qalıb. Biz bütün hallarda cənab prezidentin dediyi kimi "tarixdən nəticə çıxardıb güclənərək yolumuza davam etməliyik".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu