Modern.az

Amerikalı nümayəndə Ermənistan Ordusunda nə vaxtdan işləyəcək? - AÇIQLAMA

Amerikalı nümayəndə Ermənistan Ordusunda nə vaxtdan işləyəcək? - AÇIQLAMA

22 İyul 2024, 15:14

ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda Ermənistan Müdafiə Nazirliyində konsaltinq dəstəyinə başlamaq niyyətindədir.

Modern.az xəbər verir ki, bunu ABŞ səfirliyiindən “Azatutyun”a  müşavirin Ermənistan Müdafiə Nazirliyində dəqiq nə vaxt işə başlayacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Səfirlik bildirib ki, qlobal müdafiə islahatları proqramı üzrə məsləhətçi ABŞ Ordusu və ya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmir. Maliyyəni Dövlət Departamenti təmin edir və müşavir Ermənistanın müdafiə institutlarını gücləndirməyə kömək edəcək.

“ABŞ Dövlət Departamentinin Qlobal Müdafiə İslahatı Proqramı strateji səviyyəli məsləhət dəstəyi göstərməklə dünya üzrə tərəfdaş ölkələrə daha möhkəm, effektiv və hesabatlı təhlükəsizlik institutları qurmağa kömək edir”, - ABŞ-ın Ermənistandakı səfirliyi bildirib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ dövlət katibinin müavini Uzra Zeya Ermənistanın Müdafiə Nazirliyində Amerika ordusunun nümayəndəsinin çalışacağı ilə bağlı qərarın verildiyi barədə məlumatı təsdiqləmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu