Modern.az

"LOR Hospital”da ilk dəfə bilaterial KOXLEAR İmplantasiya əməliyyatı icra edildi - VİDEO 

"LOR Hospital”da ilk dəfə bilaterial KOXLEAR İmplantasiya əməliyyatı icra edildi - VİDEO 

23 İyul 2024, 10:26

"LOR Hospital” klinikası hər zaman səhiyyəmizin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirən klinikadır. Ölkəmizdə “LOR Hospital” lor cərrahiyyəsi sahəsində ixtisaslaşmış tibbi xidmət üzrə yeganə özəl klinikadır. “LOR Hospital”ın həkimləri, əvvəllər Azərbaycanda edilməsi mümkün olmayan "KOXLEAR İmplant" cərrahiyyə əməliyyatlarını hal-hazırda yüksək səviyyədə həyata keçirirlər. Eyni zamanda "skrininq"in aparılması, "koxlear" implantasiyası əməliyyatının proqram təminatının yüklənməsi və cihazların tənzimlənməsi mütəxəsislər tərəfindən həyata keçirilir.

Modern.az xəbər verir ki, “LOR Hospital”da ilk dəfə olaraq bilaterial (hər iki qulağa eyni anda implant yerləşdirilməsi) KOXLEAR İmplantasiya əməliyyatı icra edilib. Əməliyyat peşəkar həkimi, qulaq burun boğaz və baş-boyun cərrahiyyəsi uzmanı, Dr. Tacəddin Muradov tərəfindən uğurla icra edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və İcbari Tibbi Sığortanın dəstəyi ilə bu günədək “LOR Hospital”da eşitmə qüsuru olan yüzlərcə pasiyent müvafiq müayinələrdən keçirilmiş və yüzdən çox uşaqlar üzərində koxlear implant  cərrahiyyə əməliyyatı aparılmış və eşitmələri bərpa olunmuşdur.

Əməliyyatdan videogörüntüləri təqdim edirik:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu