Modern.az

Prezident və xanımı Səfa Mirzəyevin dəfninə əklil göndərdi

Prezident və xanımı Səfa Mirzəyevin dəfninə əklil göndərdi

Aktual

23 İyul 2024, 16:14

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfninə əklil göndərib.

 

Modern.az xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabanda məzarı üzərinə qoyulub.

 

Ötən gün vəfat edən Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib.

O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.

S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri