Modern.az

Ağadadaş Ağayev niyə əlinə balta aldı? - Psixiatr onun durumundan DANIŞDI

Ağadadaş Ağayev niyə əlinə balta aldı? - Psixiatr onun durumundan DANIŞDI

24 İyul 2024, 17:01

İki gündür ki, medianın və sosial şəbəkələrin diqqəti Xalq artisti Ağadadaş Ağayevlə "Medera" tibb klinikasının gözətçisi arasında baş vermiş məlum insidentə yönəlib. Hadisəyə münasibət bildirənlər iki yerə ayrılıb: Xalq artistini müdafiə edənlər və gözətçiyə haqq qazandıranlar.

Hələ ki məsələnin əsl məğzini bilmirik, bu, istintaq yekunlaşandan sonra bəlli olacaq. 

Amma hadisəni təqib edənləri bur sual düşündürür: Ağadadaş Ağayevi niyə əlinə balta alıb tibb müəssisəinə hücum etdi? Sənətçi niyə əsəblərini cilovlaya bilmədi, onun psxioloji problemləri ola bilərmi?

Psixatr Ramil Hüseynzadə Modern.az-a deyib ki, bu hadisənin həm psixoloji, həm də sosial tərəfləri var:


“Olayı əks etdirən videogörüntülərə baxdım. İlk diqqətimi cəlb edən məqam Ağadadaş Ağayev olduğunu düşündüyüm şəxsin aqressiv yanaşması və hərəkətlərindəki koordinasiyanın itməsidir. Videoda əlindəki balta ilə xəstəxanaya yaxınlaşır, ikinci cəhddən baltanı hədəfə atır. Daha sonra bir az da irəliləyir, mühafizə əməkdaşı olduğunu düşündüyüm şəxsə yaxınlaşır. İrəliləməyindən belə anlaşılır ki, adamın bir hədəfi var. Necə gəldi atıb qarışıqlıq yaratmaq... Belə bir hədəf varlığında iki cəhddən etdiyi atış çox qeyri-dəqiq idi. Təxmini 10-12 addım atır. Amma son addımlarında səndələyir. Nə düz-əməlli müdafiə vəziyyətinə keçə bilir, nə də hücum. Sanki bir döyüş səhnəsini təsvir edirəm. Lakin demək istədiyim odur ki, koordinasiyası çox dağınıqdır. Dava-dalaş zamanı da reaksiyaları ləng, hərəkətləri dağınıqdır. Müvazinətini çətinliklə saxlayır. Arxa-arxaya gedib maşına dirənir, sonra mənasız bir təpik vurmaq istəyir. Yerdə olarkən də reaksiyaları zəif, xaotikdir”.


Psixiatr bildirib ki, baş verənlər bir zorakılıq hadisəsidir:
 

“Amma hadisələri izləyəndə görünən odur ki, bu, planlaşdırılmış bir hadisə deyil. Yəni Ağadadaş Ağayev plan quraraq nəsə etməyib. Bu bir impulsiv davranışdır və adətən qəzəb idarə problemi olan zaman meydana çıxır. Qəzəb idarə problemi daha çox emosional-davamsız şəxsiyyət pozuntusu olan xəstələrdə, diqqət əksikliyi və hiperaktivlik pozuntusu olan şəxslərdə və maddə istifadəsi olan şəxslərdə görülür. Hərəkətlərdəki koordinasiyasızlığa, xaotikliyə, reaksiyalardakı ləngliyə baxanda sanki hücum edən şəxsin maddə təsirində olduğu düşünülür. Cəmiyyətin sevgisini, hörmətini qazanan sənətkarın şəxsiyyət pozuntusu olma ehtimalı çox azdır. Maddə dedikdə alkoqol və ya narkotik maddə nəzərdə tuturam. Yəni alkoqol istifadəsi nəticəsində şəxsin tənzimləmə funksiyaları zəifləyir, sosial və etik normaların idarəsi gücünü itirir, şəxs daxilindəki impulsları tənzimləyə bilmir, qəzəbi ona nəyi deyirsə, onu icra edir, alkoqolun təsirindən hərəkətlərini də uyğun formada tarazlaya bilmir. Mən Ağadadaş bəyin haqqında tam məlumatım yoxdur deyə daha dəqiq deyə bilmərəm ki, nəsə istifadə edibmi, istifadə etdiyi hər hansı dərman, narkotik vasitə və ya alkoqoldurmu, alkoqolu daimi qəbul edirmi, yoxsa son dönəmlərdə həyatında hansısa böyük hadisə baş verib və ona bağlı içki içirmi, ya da tamam başqa problem var. Hər halda bütün bu suallara yalnız videoya əsasən dəqiq cavab vermək olmaz”.


R.Hüseynzadə sonda vurğulayıb ki, sosial tərəfdən baxanda cəmiyyət üçün bu hadisə qorxu yox, daha çox maraq səbəbidir:
 

“Yəni məşhur "Əhməd hadisəsi" effekti yaratmaz. Xəstəxanaya məşhur biri yaxınlaşanda ondan qorxmazlar, çəkinməzlər. Amma paralel olaraq mənfi nəticələr yarana bilər. Ümumi düşünsək, məhşurlar cəmiyyətin sevgisini qazanmış, bir mənada nümunə götürülən şəxslərdir. Onlardan belə bir davranışın görülməsi məşhurların nüfuzunu zədələyə, onlara olan baxışı dəyişridə bilər. Yəni sabah məşhur X hansısa xoşagəlməz hadisənin parçası olsa, günahı olub-olmamasından asılı olmyaraq, sosiumda günahkar damğası yeyəcək. Digər tərəfdən videodakı zorakılığı edən şəxs cəzalandırılmasa, insanların aqressiyasını ifadə etmə miqdarını artıra bilər. Yəni hansı tərəfdən baxsan, xoş effekt deyil. Mühafizə görüntülərinin yayılması da, sosial mediaya düşməsi də xoş mənzərə deyil. Üstəlik bu görüntülər sosiumdan reaksiya alır. Bu da cəmiyyətdə güvənsizliyə gətirib çıxarır. Hamı bir-birini çəkməyə, paylaşmağa, damğalamağa, bir-biriləri üzərindən reaksiya toplamağa təşviq edir. Necə ki, bunun fəsadlarını artıq görürük".

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri